UTX Rusiyanın hərbi, logistik və yanacaq obyektlərinə genişmiqyaslı zərbələr endirib Gündəm

UTX Rusiyanın hərbi, logistik və yanacaq obyektlərinə genişmiqyaslı zərbələr endirib

İyulun 13-nə keçən gecə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) genişmiqyaslı xüsusi əməliyyat keçirərək Rusiya Federasiyası ərazisindəki bir sıra hərbi, logistik və yanacaq obyektlərinə eyni vaxtda zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, UTX-nin pilotsuz uçuş aparatları (PUA), xüsusən də aşağıdakı obyektləri vurub:

Qara dəniz akvatoriyasında "Manqust" layihəli (12150 nömrəli) iki patrul kateri;

Rusiyanın pilotsuz katerləri və zərbə PUA-larını aşkar etmək üçün istifadə etdiyi üç stasionar radiolokasiya stansiyası (RLS);

Kerçdəki "Krım" bərə terminalında "Yeysk" və "Mariya" avtomobil bərələri;

"Kavkaz" limanında "Lavrenti" och "Panaqiya" avtomobil bərələri;

"Kavkaz" limanında neft məhsullarının daşınması kompleksinin üç çəni (rezervuarı);

"Kavkaz" yük stansiyasında sisternləri olan qatar;

Rusiya Federasiyasının Stavropol diyarının Vyazniki yaşayış məntəqəsində yerləşən neft bazasının çənlər parkı (məsafə — 600 km).

Məryəm Quliyeva