ABŞ və İsrail İrana qarşı quru blokadası tətbiq edə bilər Gündəm

ABŞ və İsrail İrana qarşı quru blokadası tətbiq edə bilər

ABŞ və İsrail İrana qarşı quru blokadasının tətbiq edilməsi imkanlarını nəzərdən keçirirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" qəzeti yüksəksəviyyəli İsrail mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, quru blokadası İrana iqtisadi təzyiq göstərməyin variantlarından biri hesab olunur. Nəşrin qeyd etdiyi kimi, bu plan ABŞ və İsraildən İranın qonşularına təzyiq etməyi tələb edəcək ki, onlar sərhəd-keçid məntəqələrini bağlasınlar və ya tranziti sərtləşdirsinlər, beləliklə də İslam Respublikası ilə ticarəti məhdudlaşdırsınlar.

Qəzetin yazdığına görə, Vaşinqtonun regionda yaxın müttəfiqi olmayan Pakistan və İraq "zəif bənd"ə çevrilə bilər. Bununla yanaşı, İranla qonşu olan digər ölkələr, o cümlədən Azərbaycan, Ermənistan, Əfqanıstan, Türkmanistan və Türkiyə ABŞ-İsrail planı ilə razılaşacaqları təqdirdə Tehran tərəfindən cavab tədbirləri ilə, o cümlədən hərbi xarakterli addımlarla üzləşmək riski daşıyırlar.

"The Daily Telegraph" vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Hörmüz boğazının açılması üzrə hazırkı hərbi strategiyanın özünü tükəndirməsi səbəbindən quru blokadası variantını nəzərdən keçirir. Ağ Evin nümayəndəsi bildirib ki, Trampın "ixtiyarında bütün variantlar var".

Məryəm Quliyeva