İran ABŞ-nin Küveyt və BƏƏ-dəki hərbi bazalarına zərbələr endirdiyini bildirib Dünya

İran ABŞ-nin Küveyt və BƏƏ-dəki hərbi bazalarına zərbələr endirdiyini bildirib

İran Ordusu ABŞ-nin sentyabrın 1-də İslam Respublikasının cənubuna endirdiyi zərbələrə cavab olaraq Birləşmiş Ştatların Küveyt və BƏƏ-dəki hərbi bazalarına cavab hücumları təşkil edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İran İslam Respublikasının Silahlı Qüvvələri ABŞ terrorçu qüvvələrinin BƏƏ və Küveytdəki bazalarına raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirib", — deyə bəyanatda bildirilir. Qeyd olunur ki, Küveytdə "ABŞ qüvvələrinin peyk rabitəsi sistemləri, avadanlıq anbarları və aerodromları", BƏƏ-də isə "ABŞ Silahlı Qüvvələrinin şəxsi heyətinin dislokasiya yerləri və radarları" zərbələrə məruz qalıb.

İran ordusunun bəyanatına əsasən, hücumlar cümə axşamı səhər saatlarında həyata keçirilib.

Məryəm Quliyeva