Paşinyan Ermənistanın Rusiya vətəndaşları üçün viza tətbiq etmək niyyətində olmadığını bildirib
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
Davudoğlu barəsində Ərdoğanı təhqir etmə ittihamı ilə təhqiqat başlanıb
“Ukraynanın hava hücumlarını genişləndirməsi Rusiya üçün ciddi problemlər yarada bilər”
13:40
371
Ermənistanın heç vaxt Rusiya ilə viza rejimi tətbiq etmək niyyəti olmayıb və yoxdur.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyətinin heç vaxt belə bir niyyəti olmayıb, üstəlik, onlar buraya gələn rus turistlərini böyük məmnuniyyətlə qəbul edirlər.
Onun sözlərinə görə, Ermənistandakı ruslara isti münasibət var və onlar ölkənin turistik yerlərini fəal şəkildə təbliğ edirlər.
Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan tərəfindən ruslar üçün viza rejiminin tətbiqinin Moskvaya deyil, İrəvanın özünə qarşı yönəlmiş addım olacağını bildirib.