Madriddə Seutaya dəstək nümayişləri zamanı dörd polis əməkdaşı xəsarət alıb Dünya

Madriddə Seutaya dəstək nümayişləri zamanı dörd polis əməkdaşı xəsarət alıb

Madriddə Seutaya dəstək məqsədilə keçirilən nümayiş zamanı radikal əhval-ruhiyyəli nümayişçilər tərəfindən törədilən insidentlər nəticəsində dörd polis əməkdaşı xəsarət alıb.

Xalqcebhesi.az "Telecinco" telekanalına istinadən xəbər verir ki, dörd nəfər saxlanılıb.

Məlumata əsasən, çərşənbə axşamı minlərlə insan muxtar şəhərdəki qanunsuz miqrantlarla bağlı vəziyyətə etiraz etmək üçün bütün İspaniya üzrə küçələrə axışıb. "El Pais" qəzeti yazır ki, Madriddə 50 minə yaxın insan mərkəzi Sibelis meydanını dolduraraq Seutaya dəstək şüarları səsləndirib.

Məryəm Quliyeva