13:15
945
Ankara Baş Prokurorluğu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu barəsində ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etmə ittihamı ilə təhqiqat başladıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə nəzarət edici qurum məlumat yayıb.
Araşdırmaya Davudoğlunun sosial şəbəkələrdəki şərhləri səbəb olub.
"Təhqiqat Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsi (Prezidenti təhqir etmə) əsasında qaldırılıb", — deyə məlumatda bildirilir.
Söhbətin konkret hansı ifadələrdən getdiyi dəqiqləşdirilmir.
Məryəm Quliyeva