Nepal Çin ilə sərhəddə erkən xəbərdarlıq sistemini bərpa edəcək Dünya

Nepal Çin ilə sərhəddə erkən xəbərdarlıq sistemini bərpa edəcək

Nepal hakimiyyəti 1 200-dən çox insanın ölümünə səbəb olan dağıdıcı daşqından sonra Çin ilə sərhəddə təkmilləşdirilmiş erkən xəbərdarlıq sistemi yaratmağı planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sərhədyanı Timure yaşayış məntəqəsində "VSAT" peyk stansiyaları, seysmik sensorlar və videokameralar quraşdırılacaq. Peyk rabitəsi təbii fəlakət zamanı mobil şəbəkə sıradan çıxdıqda belə məlumatların ötürülməsinə imkan verəcək. Əvvəlki monitorinq sistemi torpaq sürüşməsi və daşqın zamanı sıradan çıxmışdı.

Nepalın Fəlakət Risklərinin Azaldılması üzrə Milli Agentliyinin rəhbəri Dharma Rac Upreti agentliyə açıqlamasında mütəxəssislərin artıq dağılmış stansiyaların əvəzinə yeni müşahidə postları və kameralar quraşdırdığını təsdiqləyib. "Avadanlıqlar hakimiyyət orqanlarına çayda suyun səviyyəsi barədə real vaxt rejimində məlumat almağa və müvafiq olaraq yeni daşqınlar aşkar edildikdə SMS bildirişləri göndərməyə imkan verəcək", — deyə o əlavə edib.

Məryəm Quliyeva