Zelenski Rusiya NEZ-lərinə zərbələri dayandırmaq üçün şərtini açıqlayıb Gündəm

Zelenski Rusiya NEZ-lərinə zərbələri dayandırmaq üçün şərtini açıqlayıb

Volodimir Zelenski Donald Trampa Rusiya Neft Emalı Zavodlarına zərbələrin dayandırılması üçün şərt irəli sürüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News" telekanalına müsahibəsində bildirib

"Bize bir aylıq Patriot verin. Ukrayna Rusiya NEZ-lərinə zərbələri bir ay müddətinə dayandırmağa hazırdır, bir şərtlə ki, ABŞ "Patriot" HHM sistemi üçün raket ehtiyatı təmin etsin", - deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Ukrayna Rusiyanın energetika sahəsinə hücumlarını və insanların qətlə yetirilməsini cavabsız qoya bilməz.

"Əgər Vaşinqton Kiyevin Rusiya NEZ-lərinə hücum etməməsini istəyirsə, Rusiya Ukraynanın energetika infrastrukturuna zərbələri dayandırmalıdır", - deyə o əlavə edib.

Məryəm Quliyeva