“Əgər Krım Avrasiyada “dondurulmuş“ münaqişədirsə...” Dünya

“Əgər Krım Avrasiyada “dondurulmuş“ münaqişədirsə...”

Kornell: "Dağlıq Qarabağ keçmiş SSRİ-də ərazi münaqişələrinin anasıdır"

"Mayda Dağlıq Qarabağ münaqişəsi üzərindən Azərbaycan və Ermənistanın atəşkəs əldə etməsinin 20 ili tamam oldu. Lakin bu çətinliklə qeyd olunan bir hadisədir: münaqişə həll edilməyib. Əgər Krım Avrasiyada "dondurulmuş" münaqişədirsə, Dağlıq Qarabağ keçmiş Sovet Birliyində ərazi münaqişələrinin anasıdır".
"The Christian Scinece Monitor" saytında yer alan Svante E.Kornellin ABŞ Ermənistan və Azərbaycan münaqişəsinin həllində niyə yaxından iştirak etməlidir" təhlilində yer alıb. Yazıda deyilir: "Azərbaycandan sərvətinə, əhalisinin sayı və ərazisinə görə kiçik olan Ermənistan Rusiyanın köməyi ilə nəinki münaqişəli ərazini, həmçinin Azərbaycanın 7 ona bitişik ərazisini nəzarət altına aldı. Ermənistana Qərbdə simpatiya var idi, lakin onun etnik təmizləmə siyasəti dünya birliyinin gözündə Ermənistanı təcavüzkara çevirdi, bu Ermənistanın beynəlxalq təcridinə gətirib çıxardı. Digər tərəfdən Azərbaycan neft və qaz resurslarını inkişaf etdirməyə başladı, ümumi daxili məhsul Ermənistanınkından 5 dəfə çoxdur. Əhalisinin sayı az olan Ermənistan Rusiyadan total asılılığı ilə ərazilər qazandı. Lakin Azərbaycan qalib deyil, münaqişə hələ davam edir, ölkənin suverenliyi tam deyil. Bu münaqişəni "dondurulmuş" münaqişə adlandırmaq təhlükəsizliyi şübhə altında qoyur".