Çexiyada qatarla avtobus toqquşub, yaralılar var Dünya

Çexiyada qatarla avtobus toqquşub, yaralılar var

Çexiyanın şərqində yerləşən Oxniştyanı qəsəbəsi yaxınlığındakı dəmir yolu keçidində sərnişin qatarı ilə avtobusun toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ČTK informasiya agentliyi məlumat yayıb.

Xəsarət alanların hamısı avtobus sərnişinləridir. Onlardan biri ağır, digər ikisi isə yüngül xəsarətlər alıb. Xilasedicilər yaralıları xəstəxanalara çatdırıblar.

Toqquşma tənzimlənməyən dəmir yolu keçidində baş verib. Keçidə girişdən əvvəl sürücüləri dayanmağa və yaxınlaşan qatarın olmadığına əmin olmağa məcbur edən yol nişanı quraşdırılıb. Hadisənin səbəbləri polis tərəfindən araşdırılır.

Məryəm Quliyeva