“Azərbaycanın Balkan dövlətləri ilə çox geniş əməkdaşlıq perspektivləri var”
“Monteneqro ölkəmiz üçün strateji əhəmiyyət daşıyan tərəfdaşlardandır”
Arzu Nağıyev: “Dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil”
Ərdoğan: Zəngəzur dəhlizi Türkiyə ilə Türk dünyası arasındakı əlaqələr üçün yeni imkan yaradacaq
13:10
175
Prezident İlham Əliyev Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı xalqcebhesi.az-a açıqlamasında Azərbaycan-Monteneqro əlaqələrindən danışaraq diqqətə çatdırıb ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir: “Bu baxımdan Monteneqro da ölkəmiz üçün strateji əhəmiyyət daşıyan tərəfdaşlardan biridir. Hesab edirəm ki, bu münasibətlərin daha da yaxınlaşdırılması və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi vacibdir. Təsadüfi deyil ki, Azərbaycan bu əlaqələrin inkişafına xüsusi diqqət yetirir”.
C.Abbaslı vurğulayıb ki, baş tutan görüş münasibətlərin gələcək perspektivləri baxımından əhəmiyyətlidir: “Onun nəticələrinin və yaratdığı imkanların növbəti mərhələdə daha aydın görünəcəyini düşünürəm. Əminəm ki, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq bundan sonra da dərinləşəcək. Bu baxımdan belə görüşləri iki ölkə arasında əlaqələrin inkişafına xidmət edən mühüm təmaslar kimi dəyərləndirək”.
Röya İsrafilova