Ermənistan prezidenti sabah Gürcüstana səfər edəcək Dünya

Ermənistan prezidenti sabah Gürcüstana səfər edəcək

Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana səfər edəcək.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 18-19 iyun tarixlərində gerçəkləşəcək səfər zamanı S.Sarkisyan gürcüstanlı həmkarı Georqi Marqvelaşvili ilə təkbətək görüş keçirəcək.
Ermənistan prezidentinin həmçinin Gürcüstan parlamentinin sədri David Usupaşvili və baş nazir İrakli Qaribaşvili ilə görüşəcəyi bildirilir.