İraq türkmənləri İŞİD-ə qarşı silahlanır Dünya

İraq türkmənləri İŞİD-ə qarşı silahlanır

İraqda yaşayan türkmənlər yaşadıqları şəhərlərin "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularının əlinə keçməsindən sonra silahlanmaq qərarına gəliblər.
Bu barədə açıqlamanı Türkmən Xalq Cəbhəsinin rəhbəri Erşad Salihi verib. Salihi türkmənlərin terrorçulara qarşı silahlanmaq və özlərini müdafiə etmək məcburiyyətində olduğunu deyib.
Qeyd edək ki, iyunun 11-də İraqın Türkmən Xalq Cəbhəsinin rəhbəri Erşad Salihi İraq türkmənlərinin müdafiə olunması çağırışı ilə Türkiyəyə müraciət etmişdi. Salihi İraq hökumətinin ölkədəki bütün millətlərdən olan vətəndaşlara dəstək göstərdiyini, lakin təkcə iraqlı türkmənlərin bu dəstəkdən məhrum olduğunu bildirmişdi. İraq türkmənləri ölkə əhalisinin 11 faizini təşkil edirlər.
Xatırladaq ki, iyunun 16-da "İraq və Şam İslam Dövləti" (İŞİD) ölkənin türkmənlər yaşayan Telafer şəhərində nəzarəti tam olaraq ələ keçirib.