Tramp İranın pul maşınını məhv etməyi hədəfləyir Dünya

Tramp İranın pul maşınını məhv etməyi hədəfləyir

Nüvə anlaşması İrana nüvə sahəsində bir çox imkanlar verməklə, Tehranın daha yaxşı varlıq olacağı ehtimalına əsaslanırdı.
Bunu "Foks Nyus" televiziyasına müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu deyib.
"Bu anlaşma sayəsində milyardlarla dollar İrana axdı. Onlar yaxşı adam olmaq yerinə Yəmən, İraq və indi də Suriyada hücumlar təşkil edirlər. İranlılar nüvə anlaşmasından qazandıqları pullarla Yaxın Şərqi fəth etmək istəyirlər. ABŞ prezidenti Donald Tramp ilk mərhələdə İranın pul maşınını məhv etməyi hədəfləyir.
Yaxın Şərqdə hər kəs bu qərarı dəstəkləyir. Mən sizə Avropa ölkələrindən və ya İran raketlərinin hədəfi olmayan ölkələrdən bəhs etmirəm. Mən Qüds, Ər-Riyad və Yaxın Şərqdəki digər bölgələr kimi bu raketlərin hədəfi olan ölkələrdən bəhs edirəm. Tramp böyük iş bacardı. O, İrana "artıq pul ala bilməzsən və atom bombası yarada bilməzsən" dedi.
Əgər bu anlaşma davam etsə, İran nüvə silahı əldə etmənin fərqli yollarını zəmanət altına alacaq. Hər kəs bu razılaşmanın qorunması gərəkdiyini və onun İranın atom bombası əldə etməsinə mane yaratdığını bildirir. Əslində bu razılaşma İranın atom bombası əldə etməsini zəmanət altına alırdı", – deyə o bildirib.