“Rusiya defolt ola bilər” Dünya

“Rusiya defolt ola bilər”

Kreml, Rusiyanı 1998-ci ildəki defolta bənzər böyük iqtisadi böhran gözləməsi barədə proqnozlara münasibət bildirib.
Kremlin sözçüsü Dimitri Peskov jurnalistlərlə söhbət zamanı "Bank of America"nın ekspertlərinin xəbərdarlığına münasibət bildirərkən deyib ki, onların nəyə əsaslandıqlarını bilmir, ona görə də hansısa müzakirəyə girmək istəməzdi.
Yerdən,"deməli hər şey yaxşı olacaq" atmacasına isə Peskov belə cavab verib: "Yəqin". "Bank of America"nın analitikləri bundan əvvəl belə bir proqnoz veriblər ki, dünya fond bazarında 1997-1998-ci illərdə olduğu kimi beynəlxalq böhran baş verə bilər. Onların fikrincəbunu bazarların oxşar dinamikası göstərir.
Analitiklər indiki vəziyyəti 1998-ci ildəki hadisələrlə eyniləşdirirlər. Həmin vaxt Asia regionunda beynəlxalq iqtisadi böhran, Rusiyada isə defolt baş verdi.
"ABŞ-da davamlı artım, istiqrazlar üzrə gəlirlər, inkişaf etməkdə olan ölkələrdə bazarların azalması-bunların hamısı 20 il bundan əvvəlki vəziyyətə bənzəyir" – "Bloomberg" bankın aparıcı investisiya təhlilçisi Mixail Hartnetə istinadla yazır.