Putinin yanında bülbülə dönən Tramp Dünya

Putinin yanında bülbülə dönən Tramp

"New York Times" Rusiya prezidentini quldur adlandırdı

Prezident Tramp son dəfə "hər iki tərəfin" pis davranışa gərə məsuliyyət daşıyacağını iddia edib, işlərin heç də yaxşı getmədiyinə eyham vurub. Bu, təxminən bir il bundan əvvəl, neo-nasistlərin yürüşü ilə baş verən zorakılıqlar və ağ irqin üstünlüyü tərəfdarı avtomobili dinc etirazçıların üzərinə sürməsi, bir qadının öldürülməsindən sonra dilə gətirilmişdi. İyulun 16-da Tramp yenə əxlaqsızla məşğul idi. Bu dəfə Helsinkidəki görüşündən sonra Rusiya prezidenti Vladimir Putinlə birgə mətbuat konfransında.
Müxbir 2016-cı il seçkilərində koordinasiyalı kiberhücumla bağlı ötən həftə 12 rus hərbi rəsmisinə qarşı iddiaya istinad edib və Rusiyanı buna görə məsuliyyət daşıyıb-daşımadığını soruşduqda, cənab Tramp: "Hər iki ölkə məsuliyyət daşıyır", – deyib. Birləşmiş Ştatlar üçün məğlub anlarla dolu prezidentliyi dövründə olsa belə, Trampın bütün dünyaya canlı yayımlanan şərhləri xüsusi diqqət çəkib.
"Strateq" "The New York Times"a istinadən yazır ki, mənzərəni qavramaq çox çətin idi: cənab Tramp özgənin torpaqları oğurlayan və düşmənlərini qətlə yetirən, öz zəkası və hüquq-mühafizə orqanlarının yekdil qərarı və Trampın qalib olmasına kömək məqsədi ilə Rusiya hökumətinin 2016-cı il seçkisinə müdaxilə etmədiyini söyləyən avtokrat quldurdan bir neçə santimetr aralıda dayanmışdı. "Adamlarım yanıma gəldi, Den Kouts və digərləri, "fikrimizcə, seçkiyə müdaxilə edən Rusiyadır", – söylədilər", – deyə cənab Tramp bir dəfə Milli Kəşfiyyat Agentliyinin direktorundan danışarkən, ağzından qaçırmışdı. "Prezident Putin kimi şahidim var, o dedi ki, müdaxiləni Rusiya etməyib. Bunu açıq deməliyəm: rusların müdaxiləsi üçün heç bir səbəb görmürəm" (Bazar ertəsi günü, günortadan sonra cənab Kouts təkrarladı ki, əslində, müdaxilə olub)
Tramp xüsusi müşavirin (Möller – tərc.) Rusiyaya aid istintaqını "ölkəmiz üçün fəlakət" adlandırıb və sonra ən böyük solo-hitini səsləndirib: "Sıfır sövdələşmə", "DNC serveri haradadır?" Nəhayət, "Mən seçkini çoxdan udmuşam". Hətta sadiq respublikaçılar da artıq susmur, danışmağa başlayıblar. "Prezident Rusiyanın müttəfiqimiz olmadığını başa düşməlidir", – Nümayəndələr Palatasının spikeri Pol Rayan bildirib: "Ən əsas dəyərlərimizə və ideallarımızı bölüşməyən Rusiya ilə ABŞ arasında heç bir mənəvi bərabərlik yoxdur".
Senatdakı respublikaçı lider Mitç MakKonnell: "Ruslar – dostlarımız deyil və mən kəşfiyyatımızın qiymətləndirilməsinə tam inanıram". Senator Con MakKeyn daha açıq danışıb. Cənab MakKeyn deyir ki, "heç bir əvvəlki prezident özünü hansısa müstəbid qarşısında bu qədər aşağılamayıb". Tramp bizi əmin etdi: Cənab Putin "inkarında çox güclü və güclü idi". Beləliklə, o, həqiqəti söyləyirdi.
Putin, öz növbəsində, cənab Trampın seçkidə qalib gəlməsini istədiyini etiraf etməkdən məmnun idi: "Bəli, mən etdim. Çünki ABŞ-Rusiya əlaqələrini normal vəziyyətə gətirmək istəyirdi. O, prezident Trampla əlaqədar ifşaedici materiallara malik olduğuna kinayəli yanaşdı, hərgah bunu inkar etmədi, ola bilsin ki, cənab Trampın sözləri kifayət qədər ifşaedici idi. Putin, Trampın "inanılmaz təklif" adını verdiyi Amerika kəşfiyyat səlahiyyətlilərinin Rusiya kəşfiyyatı ilə birlikdə işləməsini təklif etdi. Bəli, inanılmazdır.
İstənilən halda, Rusiyanın müdaxiləsi ilə bağlı iddialar hələ də davam edir: bazar ertəsi günü Ədliyyə Nazirliyi, xüsusi müşavirin istintaqından asılı olmadan hərəkət edərək, 29 yaşlı bir qadının Rusiyanın üst səviyyə səlahiyyətlisi ilə əlaqəsini faş edib. Tramp deyib ki, prezident Barak Obamanın dövründə pisləşən Rusiya ilə münasibətləri yenidən canlandırmaq istəyir. Jurnalistlərə açıqlanan bəyanatda bunun "cəsur Amerikan diplomatiyasının qürurlu ənənəsini" davam etdirmək məqsədi daşıdığı və "diplomatiya və əlaqələrin münaqişə və ədavətdən üstün olduğu" vurğulanıb.
Nəzəri olaraq, bu cür məqsədlər məntiqlidir. Amma cənab Tramp milli təhlükəsizlik məsləhətçilərinin Rusiyanı Çinlə birlikdə niyə Amerikanın başlıca geostrateji düşmənlərindən biri kimi səciyyələndirməsini qavramır. Zəif bir iqtisadiyyata, korrupsiyaya və digər daxili problemlərə baxmayaraq, cənab Putin evdə siyasi müxalifəti böyük hissəsini əzib və xaricdə rus təcavüzünü müdafiə edir. Onun casusları – ehtimal ki, Amerika seçkilərinə müdaxilə edən hərbi kəşfiyyat xidmətində duranlar – İngiltərədə dörd nəfərin ölümünə bais olan kimyəvi silahlardan istifadə ediblər.
Amerikanın NATO və Avropa İttifaqı ilə əlaqələrini pozmaq və Yaxın Şərqdəki ABŞ nüfuzunu zəiflətmək üçün Putin durmadan çalışır. Rusiya, – cənab Koutsun ötən həftə dediyi kimi, "qırmızı xəbərdarlıq işıqları yenidən yanıb-sönür", – ABŞ-a kibertəhdid yaradır.
Şübhəsiz, Amerika liderləri ABŞ və onun rəhbərlik etdiyi demokratik ittifaqın maraqlarını müdafiə edə biliblər. Prezident Ronald Reyqan 1987-ci ildə sovet lideri Mixail Qorbaçovu "Berlin divarı"ını yıxmaq göstərişi verib. Prezident Buş cənab Qorbaçova bildirib ki, Almaniya 1990-cı ildəki birləşməsindən sonra da NATO tərkibində qalacaq. Prezident Obama 2016-cı il seçkiləri ərəfəsində cənab Vladimir Putinə kiberhücumu dayandırmağa çağırıb.
Putinə görə, Ukraynanı işğal etdiyi üçün üzləşdiyi təhqiri silmək üçün danışıqlara hazırdır, cənab Trampın həyata keçirdiyi işləri isə görmək çətindir. İki şəxs 2021-ci ildə nüvə silahlarını məhvinə dair Yeni Başlanğıc Müqaviləsinin əvəzlənməsi üçün yeni saziş hazırlamaqdan danışıb və Suriyada əməkdaşlıq məsələlərini müzakirə etdilər, halbuki artıq konkret fəaliyyətə keçiblər.
ABŞ-ın cənab Putinə qarşı hansısa fayda əldə etdiyinə heç bir əlamət olmadı, amma cənab Trump özü üçün yeni futbol topu qazandı. Respublikaçı və ya demokratik sələflərdən fərqli olaraq, Trampın Rusiyanı niyə təcavüzkar adlandırmaması sirr olaraq qalır. O, avropalı müttəfiqləri ilə bir yerdə olduqda, çəkişmələrə və Avropa İttifaqına "düşmən" kimi hücum edir və ya medianı "xalqın düşmənləri" damğası vurmağa çətinlik çəkmir. Cənab Putinin və digər diktatorların yanında isə quzuya dönür. Aydındır ki, dərinliyindən çıxan bir prezident Amerikanı dərindən narahat edir.