Erməni diasporunun dövlət çevrilişi planı Dünya

Erməni diasporunun dövlət çevrilişi planı

Diasporçular Ermənistandakı mövcud rejimə qarşı mübarizə məqsədilə yeni hərakata başlayıblar. Serj Sərkisyan və onun idarəçilik rejimindən kəskin narazı olan diaspor qurumları ölkədəki bu rejimi devirib onu yeni idarəçilik strukturu ilə əvəz etməyi planlaşdırırlar. Bu niyyətini Ermənistanda həyata keçirməyi hədəfləyən diaspor bunun üçün yerli əhaliyə müraciət edərək yaradılmaqda olan struktura qoşulmaq çağırışı edib. "Qurucu Parlament" adlanacaq yeni təsisatda təmsil olunmaq üçün istənilən şəxs özünü namizəd kimi təqdim edə bilər. Bundan sonra o lazım olan səsi toplayarsa, yeni parlamentin üzvü ola biləcək.
"Qurucu Parlament"in əsas tərkibini yerli əhalidən formalaşdırmaq istəyən diaspor bununla Ermənistanda xalqın hakimiyyətini yaratmaq istəyir. Başqa sözlə, diasporçular avtoritar Sərkisyan rejimini yıxmağı planlaşdırır. Yeni strukturun yaradılması, üzvlərin seçilməsi, bütün proseslərin təşkili üçün hər cür dəstəyi vəd edən diaspor əhalini fəal olmağa və öz gələcəyini kriminalların əlindən almağa səsləyib.