Putin sakit dayanmayacağını bildirib Dünya

Putin sakit dayanmayacağını bildirib

Rusiya Prezidenti Vladimir Putin NATO-nun ölkəsinin sərhədlərində güclənməsinə tamaşa etməyəcəklərini deyib.
Moskvada təşkil edilən Təhlükəsizlik Şurası konfransında danışan Putin NATO-nun Şərqi Avropa ölkələri, Qara dəniz və Baltik dənizi ətrafında gücləndiyini bildirib. Putin NATO-nun hərbi infrastrukturunun sərhədlərinə yaxınlaşmasına eyni şəkildə qarşılıq verəcəklərini qeyd edib.
NATO-nun raketdən müdafiə sisteminə də toxunan Putin, "Bizə bunun bir müdafiə etmə sistemi olduğunu bildirirlər. Qətiyyən elə deyil, bu, ABŞ-ın hücum qüvvələrinin bir parçasıdır", - deyə bildirib.
NATO-nun hərbi hazırlığına diqqət çəkən Putin Krım və Sevastopol daxil olmaqla, müdafiənin gücləndirilməsi ilə əlaqədar planlaşdırılan bütün iş və hazırlıqların zamanında yetişdirilməsi barədə əmr verib.