Yaponiya İranı yola gətirə biləcəkmi? Dünya

Yaponiya İranı yola gətirə biləcəkmi?

Yaponiyanın baş naziri Şinzo Abenin İrana səfəri regionda yeni qarşıdurmanı bir qədər zəiflədə bilər.
Bunu qəzetimizə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Yaponiyadan İrana 41 ildən sonra reallaşan yüksək səviyyədə bu səfər beynəlxalq nizamın tənzimlənməsi istiqamətində, xüsusi ilə İran ABŞ arasında mümkün dialoqun qurulmasında mühüm əhəmiyyət kəsb edə bilər: “Qeyd edim ki, Yaponiya İranın əsas iqtisadi tərəfdaşı kimi siyasi əlaqələri də yüksək səviyyədədir. Bir müddət bundan əvvəl, İranın XİN rəhbəri Yaponiyada səfərdə oldu. Görünür, Tokionun vasitəçilik təklifi Tehran qəbul edib və bununlada iki ölkə arasında yeni nüvə razılaşması istiqamətində danışıqlar başlamaq imkanı əldə edilməsi mümkündür”.
Politoloq bildirib ki, ABŞ İranla danışıqlarda maraqlıdır. Amma, İranın Yaxın Şərqdə apardığı siyasət onun Vaşinqtonla mümkün razılaşması çətindi. Ona görə ki, Vaşinqton İranın Yaxın Şərqdən çəkilməsini və silahlı qrupları silahlandırmasını tələb edir. Tehranın bu şərtlə razılaşması mümkün görünmür: “Buna baxmayaraq, Şinzo Abenin Tehran səfəri cənub qonşumuza qarşı mümkün hərbi müdaxiləni, dialoq formatına keçirə bilər. Bu, Cənubi Qafqazın ümumi təhlükəsizliyinə də müsbət təsir etməklə yanaşı, mümkün miqrant axının qarşısında almış olar”.