12 Noyabr 16:44
12 Noyabr 16:37
Çin Fars körfəzi regionunda sabitliyin bərpasına dəstək verəcək
Yaponiya Baş naziri ASEAN və APEC sammitlərində iştirak edəcək
Yaponiya büdcə məhdudiyyətlərinə görə hərbi xərc planlarını azalda bilər
Kuşner: Rusiya və Ukrayna növbəti danışıqlara Avropanı da cəlb etməyə razılaşıb
Tramp: ABŞ ərəb ölkələrinin xahişi ilə İrana qarşı sərt addımlardan çəkinir
21 İyun 2019 12:28
1 890
Parlamentlərarası Pravoslav Assambleyasının iclasının pozulması radikallar tərəfindən əvvəlcədən düşünülmüş aksiya idi.
Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Dumasının deputatı, Tiflisdə baş verən iğtişaşlarda əsas fiqur olan Sergey Qavrilov deyib. O, radikalların bunu Rusiya ilə Gürcüstanın münasibətlərini çətinləşdirmək üçün etdiklərini bildirib:
“Məncə, bu aksiyanın hədəfi Rusiya ilə münasibətləri çətinləşdirmək, münasibətlərin güclənməsi imkanlarını yox etmək, Gürcüstanın pravoslav dəyərlərinə zərbə endirmək idi. Hesab edirəm ki, bu, əvvəlcədən düşünülmüşdü”.
Qavrilovun iddiasına görə, guya Tiflisdə ona qarşı gerçəkləşdirilən aksiya ingilisdilli təlimatçılar tərəfindən idarə edilib. O, etirazçıların əvvəlcədən hazırlanmış plakatlarının olduğunu və assambleyanın iclasının sadəcə etiraz üçün bəhanə olduğunu bildirib.