İsrail Osmanlı məscidini vurdu Dünya

İsrail Osmanlı məscidini vurdu

Qəzada gedən döyüşlər evlərə, tarixi binalara zərər verməkdə davam edir. Ötən gün səhər saatlarında İsrailin hərbi qırıcıları Qəzzadakı yaşayış məntəqələrini havadan atəşə tutub. Hücum nəticəsində zərərçəkən binalar arasında Osmanlı dövründə tikilmiş məscidlərdən biri - Şama məscidi də olub. Dağıntılar qəzzalılar tərəfindən təmizlənib.
Qəzzalılar artıq sakitlik istədiklərini, savaşın sona çatmağını, atəşkəs arzuladıqlarını bildiriblər.