Ermənistan və İran XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Dumanla əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq
Həyacan siqnalı verən Rusiya təyyarəsi bir saat sonra yerə enə bilib
Almaniya lideri çoxmillətli qüvvələrin Ukraynaya yerləşdirilməsi üçün şərtləri açıqlayıb
9 İyul 2019 14:56
1 379
Ümid edirik ki, Hindistandan ilin sonuna qədər S-400 komplekslərinə görə avans alacağıq.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidməti direktorunun müavini Vladimir Drojjov deyib. Onun sözlərinə görə, belə olacağı halda Hindistana S-400 tədarükü 2020-ci ildə başlayacaq və 2025-ci ilə qədər bitəcək.
O, həmçinin Hindistanın ABŞ sanksiyalarına rəğmən S-400-ləri almaq istəməsinin S-400-lərin unikallığını göstərdiyini bildirib:
“Bizə təkcə Türkiyə, Hindistan və Çindən deyil, digər ölkələrdən tədarük müraciəti var. Mən əminliklə təsdiq edə bilərəm ki, S-400 ABŞ-dan olan bütün analoqlarını üstələyir”.