
Qısa müddətdə İraqda həyata keçirdiyi terror əməliyyatları və qeyri-insanı qətilləri ilə dünyanı lərzəyə salan radikal-vəhhabi İŞİD təşkilatının Türkiyədəki fəaliyyəti ilə bağlı maraqlı faktlar ortaya çıxmışdı.
Bu məlumatı isə "Habertürk" xəbər agentliyi araşadıraraq, ortaya çıxara bilib. Aparılan jurnalist təhqiqatı zamanı bəlli olmuşdu ki, qruplaşma öz sıralarını məlumatsız, savadsız və maddi çətinliyi olanların sayəsində genişləndirir. Ən maraqlısı da budur ki, Türkiyənin ən böyük yaşayış məntəqəsi sayılan İstanbul İŞİD-ə silahlılar göndərən şəhərlərin siyahısında ön cərgədədir. İstanbulun Güngörən qəsəbəsi də bunlardan biridir. Bura İŞİD-in izlərinə rast gəlinən rayonlarındandır.
"Habertürk" araşdırıb ki, Suriyaya yardım kampaniyası, narkotik vasitələrə qarşı mübarizə elanları ilə diqqəti çəkən "Xəzinadar İslami Araşdırma Yaşatma və Yardımlaşma Dərnəyi"nin (HİSADER) tablosunda İŞİD-in simvolu yer alıb.
Bu yaxınlarda isə İŞİD simvolu ilə fəaliyyət göstərən HİSADER səlahiyyətliləri İstanbuldakı dərnəyi bağlamaq qərarına gəliblər.
HİSADER-in başçısı Volkan Sağlam Türkiyə mediasına bildirib ki, qurum əsassız yerə İŞİD-ə bağlı təşkilat kimi hədəf göstərilib. HİSADER başçısı dərnəyin fəaliyyətinin öz qərarları ilə dayandırıldığını bildirib: "Hazırda heç bir fəaliyyət göstərmirik. HİSADER bağlanıb, işlər dayandırılıb".
Xatırladaq ki, yazıda adıçəkilən quruma qarşı sərt ittihamlar səsləndirilib. Xəbəri "Habertürk"lə bölüşən İŞİD-ə qoşulan iki türkiyəli gəncin atası övladlarının bu şəxslər tərəfindən yoldan çıxarıldığını iddia edirlər.
Onlar deyir ki, əsasən, qazancı aşağı olan, 18-25 yaş arası və ailəsi ilə problemləri olan gənclər seçilərək, onların sıralarına cəlb olunur. Quruplaşmanın mərkəzləri daha çox mühafizəkar bölgələrdə qurulur - Güngörən, Bağcılar və Fatih. Bu məhəllələr ön sıralarda yer alır.