Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclasının tarixi bilinib
Kreml: Sülh Şurasına ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılmasını tələb edəcək
Lahıcla Basqal arasında yerləşən qalada qazıntı aparan dəfinəaxtaranlar məsuliyyətə cəlb edilib
Şöbə müdiri: Şuşada əhali sayının mərhələli şəkildə artacağı gözlənilir
16 İyul 2019 15:16
2 184
Buna sanksiya demək məsələni çox ciddi qəbul etmək anlamına gəlir. Buna gərək yoxdur. Bizə təsir göstərəcək şeylər deyil.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu AB-nin Ankaraya qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib.
“Hava nəqliyyatı danışıqları onsuz da Kipr tərəfinin təşəbbüsü ilə dayandırılmışdı. AB həmişə Mərkəzi Banka müdaxiləni tənqid edir, indi isə öz banklarına göstəriş verir. Anlaşılmaz bir həmrəylik anlayışı ilə Kipr və Yunanıstanın təzyiqilə bu cür bəsit qərarlar qəbul etdilər. Qəbul etdikləri qərarların tətbiqinin mümkün olmadığını özləri də bilir. AB-də 15 iyuldan sonra Türkiyəyə gəlmədikləri üçün peşman olduqlarını söyləyirlər. Bundan sonra Türkiyəyə qarşı bir qərar qəbul edilsə, fəaliyyətimizi artıracağıq. Orada 3 gəmimiz var, dördüncü gəmimizi də ən qısa müddətdə Aralıq dənizinin şərqinə göndərəcəyik. Kiprin türk xalqının haqqını zəmanət altına almadıqları müddətdə biz oradakı fəaliyyətlərimizi davam etdirəcəyik. Kipr də AB-yə arxalanmasın, türk tərəfi ilə masaya otursun”, - Çavuşoğlu bildirib.