Vaşinqton razılaşmasa... Dünya

Vaşinqton razılaşmasa...

Suriyanın şimalında qurulması planlaşdırılan təhlükəsiz bölgə ilə bağlı Ankara-Vaşinqton arasında görüşlər davam edir.
Bu görüşlərdən nəticə əldə edilməsə, Ankara özü hərəkətə keçəcək. Fərat çayından İraq sərhədinə qədər sülh dəhlizi qurulacaq.
Türkiyə “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatı ilə Suriyanın şimalında müəyyən bölgələri terrorçulardan təmizləyib. Aralıq dənizinə qədər uzanan terror dəhlizi Fəratın qərbində qırıldı. Türkiyə indi də Fəratın şəqrində sülh dəhlizi inşa etmək üçün hazırlıqlarını tamamlayıb. PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-nin işğalı altında olan Fəratın şərqini də terrorçulardan təmizləməyi hədəfləyir. Terror ünsürlərinin bölgədən çıxarılması və əllərindəki ağır silahların təhvil alınması planlaşdırılır.
Bundan sonra Fəratın şərqindən İraq sərhədinə qədər 30-35 km həcmində təhlükəsiz bölgə qurulması hədəflənir. ABŞ isə sahə məsələsində Türkiyədən fərqli düşünür. Vaşinqton 5-14 km təhlükəsiz bölgədən bəhs edir.
Fəratın şərqində PYD/YPG-nin nəzarəti altında olan Haseki, Kobani, Qamışlı, Rakka və Deyr-əz-Zor kimi şəhərlərdə ABŞ və Fransa əsgərləri var. Türkiyə isə 30-35 km-lik sahəyə yalnız Türk Silahlı Qüvvələrinin nəzarət etməsini istəyir. ABŞ ilə koordinasiyalı şəkildə işləməyə də isti münasibət bəslənir.
Təhlükəsizliyin təmin edilməsindən sonra şəhər şuralarının yaradılması üçün işlərə başlanacaq. Cerablus, Əl-Bab və Afrindəki kimi kürd, ərəb, türkmən və digər etnik birliklərin bölgələrdə söz sahibi olması üçün bölgənin idarəetməsi xalq tərəfindən seçilən şəxslərə tapşırılacaq. İdarəetmədə yer alan kişilər şəhərin sosial infrastrukturuna baxacaq. Şəhər şuraları insanların həyatının normal şəkildə təmin etmək üçün çalışacaq. Məhəlli polis və asayişi qorumaq üçün qüvvələr müəyyən ediləcək.
Terrordan təmizlənən bölgələrdə həyatəı normal şəkildə davam etməsindən sonra son addım kimi Türkiyədəki suriyalı qaçqınların mərhələli şəkildə geri qaytarılması planlaşdırılır.