ABŞ və Türkiyə arasında kritik görüşə start verildi VideoDünya
17 Oktyabr 2019 14:22
1 988
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ABŞ milli təhlükəsizlik müşaviri Robert Olbraynı və ABŞ-ın Suriya üzrə xüsusi səfiri Ceyms Cefrri ilə görüşüb.
Ankarada Xarici İşlər Nazirliyində görüş mətbuata qapalı keçirilib və 45 dəqiqə sürüb.
Görüşdən sonra hər hansı bir açıqlama olmayıb. Amma görüşün video-görüntüləri göstərir ki, müzakirələrdə ABŞ tərəfindən hərbçilər də qatılıb.
Xatirladaq ki, Çavuşoğlunun ABŞ-dan gələn heyətlə görüşü dünən axşama planlaşdırılsa da, bəlli olmayan səbəblərdən bu gün keçirilib.
Bu ara bəlli olub ki, ABŞ-ın vitse-prezidenti Pens və dövlət katibi Pompeonu Ankaraya gətirən təyyarə İrlandiyada yerə enib. İlkin məlumatlara görə, təyyarə İrlandiya hava limanında yanacaq doldurduqdan və təhlükəsizlik baxışından keçdikdən sonra Ankaraya istiqamət götürüb.