Yeni bir İŞİD teatrı ortaya qoyulur Dünya

Yeni bir İŞİD teatrı ortaya qoyulur

Geri çəkiləcəyini açıqlayıb bəzi hərbi bazaları Rusiyaya verən, Suriyada qalmağa qərarlı olan ABŞ PKK/YPG ilə birlikdə yeni bir İŞİD teatrını ortaya qoyur.
PKK/YPG düşərgə və həbsxanalarda saxladığı İŞİD-çiləri azadlığa buraxarkən, ABŞ İŞİD-in qalıqlarına qarşı genişmiqyaslı əməliyyat başlatdığını elan verib. Qərb ölkələrinin Suriyadakı yeganə qalmaq səbəbi olan İŞİD ona verilən təlimatları yerinə yetirərək İran dəstəkli milislərə qarşı basqınlar təşkil edir. PKK-İŞİD teatrı ilə Suriyanın şimalında illərdir aparılan oyun indi daha cənubda ikinci dəfə icra olunur.
Ankaranın “PKK/YPG Təl Abyad həbsxanasındakı ən az 800 İŞİD-çi azadlığa buraxılıb” açıqlamasından 10 gün sonra bənzər xəbər Deyr-əz-Zordan gəlib. PKK Hol düşərgəsindəki 400-dən çox terrorçunu azadlığa buraxıb.
Azadlığa buraxılan İŞİD-çilərə görə bağlı olduqları tayfalardan PKK-ya yüksək miqdarda ödənişlər edildiyi ortaya çıxıb. Yerli qaynaqların məlumatına görə, son 15 gündə PKK tərəfindən azadlığa buraxılan İŞİD-çi sayı 3 min 500-ü keçib. İŞİD-çilər Suriyanın cənub-şərqində toplanır. Hədəfləri isə əsasən, İran dəstəkli qruplardır.
ABŞ isə PKK/YPG-nin terrorçuları buraxmasından sonra artan basqınları bəhanə edərək Suriyada yenidən əməliyyata başladığını yazılı açıqlama ilə elan edib. İlk dəfə kürdcə yayımlanan mesajda İŞİD-ə qarşı daha genişmiqyaslı və şiddətli əməliyyatların başladığı və davam edəcəyi bildirilib. Bu açıqlamadan sonra Amerika qüvvələri Suriyadakı hərbi varlığını artırmağa başlayıb. Əvvəlki gün İraqdan Suriyaya 60 avtomobillik konvoy göndərilib.