İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
24 Dekabr 2019 12:09
4 354
Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirib.
AZƏRTAC xəbər verir ki, Osmaniyə şəhərində keçirilən əməliyyatda İŞİD terrorçu qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 13 nəfər saxlanılıb. Dəstənin 31 dekabr- Yeni il gecəsi ölkədə keçiriləcək bayram tədbirlərində terror aktları törətmək planlaşdırdıqları müəyyən olunub. Saxlanılan şəxslərin 11-i suriyalı, 2-si iraqlı olub. Bildirilir ki, dəstə üzvlərindən 4-ü haqqında həbs qərarı seçilib. Saxlanılan şübhəlilərdən ikisi İraqa, yeddisi Suriyaya deportasiya olunub. Zərərsizləşdirilən terrorçu dəstənin fəaliyyətinə dair maddi sübutlar götürülüb.
11:50
707
11:44
728
11:41
707