Kritik Moskva görüşündən öncə ABŞ-dan ilk açıqlama Dünya

Kritik Moskva görüşündən öncə ABŞ-dan ilk açıqlama

Suriya mövzusunda Birləşmiş Millətlər Təşkilatının (BMT) liderliyində siyasi həll variantının yaradılmasını istəyirik.
Bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.
“Bu prosesdə iştirak edən bir çox ölkə var. Bu güclər arasında münaqişə də mövcuddur. Türkiyə və Rusiya arasında İdlib uğrunda müharibənin olma ehtimalı yüksəkdir. Belə olduqda beynəlxalq sülh üçün ciddi bir risk yaranır. Risk mənbəyi Kollektiv Təhlükəsizliyə, BMT Nizamnaməsinə təhdiddir.
Eyni zamanda, belə vəziyyət hərbi münaqişənin yaranma ehtimalına şərait yaradır. Belə bir riskin yüksək olduğuna inanırıq. Buna görə də Türkiyə, Ərəb dövlətləri, ABŞ, Avropa Birliyi (AB), NATO və Suriyaya qonşu olan digər ölkələr məsuliyyət daşımalıdır. Biz bütün bu təşkilat və ölkələrin həll prosesinə qatılmasının vacib olduğunu düşünürük. Müharibə varinatını qəti şəkildə qəbul etmirik. Münaqişənin həll prosesini sürətləndirməliyik.
ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla İdlibdəki humanitar böhranın həlli ilə bağlı danışıqlarının olması da gündəmdədir”, - C.Cefri bildirib.
Qeyd edək ki, bu gün Moskavada Türkiyə və Rusiya prezidentləri İdlib böhranın həll variantını müzakirə edəcək.