
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Rusiya mediasını başa düşmək olar. Ancaq bizim içimizdə bu qara təbliğatdan məmnun olan çox insan var. Mən onları başa düşmürəm. Bu qədərmi acizsiniz?
Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya mediasının yayımladığı görüntülərə münasibət bildiriərkən deyib:
“Protokol bəllidir. Ortada görüş nöqtəsi var. Liderlər fərqli qapılardan daxil olurlar. Türkiyə prezidenti bir dəqiqə gözlədisə, Putin də bir dəqiqə gözlədi. Bundan bir məna çıxarmağa çalışmaq ucuz siyasətdir.
Əlbəttə, Rusiya mediası hörmətsizlik elədi. Putin də cənab Ərdoğana bildirib ki, sizə qarşı edilənlər hörmətsizlikdir. Bundan şou yaratmaq düzgün deyil”, - nazir bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsi barədə iddianı “Rossiya-1” yayıb.
Bu görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.