12 Noyabr 16:44
12 Noyabr 16:37
Kuşner: Rusiya və Ukrayna növbəti danışıqlara Avropanı da cəlb etməyə razılaşıb
Tramp: ABŞ ərəb ölkələrinin xahişi ilə İrana qarşı sərt addımlardan çəkinir
Tramp: Zərurət yaranarsa, tərəddüd etmədən İrana zərbə endirəcəyəm
Uitkoff: Ukrayna üzrə növbəti danışıqların vaxtı razılaşdırılıb
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
19 Mart 2020 11:51
3 136
İranın şimal-qәrbindә yerlәşәn Şәrqi Azәrbaycan vilayәtindә 629 nəfər yeni koronavirusa (COVID-19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Şәrqi Azәrbaycan vilayәtinin Tәbriz şәhәrindә Tәbriz Tibb Elmlәri Universitetinin rektoru Mәhәmmәd Hüseyn Sumi deyib. Onun sözlərinə görə, ötən sutka ərzində 58 nəfərin virusa yoluxması halı təsdiqlənib.
Sumi əlavə edib ki, ötən sutka ərzində 10 nəfər koronavirusdan ölüb və Şərqi Azərbaycan vilayətində ölənlərin sayı 59 nəfərə çatıb.
Universitet rektoru vilayətdə Təbriz şəhərində virusa yoluxma halının çox olduğunu deyib.
“Bu gün ölənlərdən 4 nəfəri 15 gündən artıq idi ki, xəstəxanada müalicə alırdı” - deyə, o bildirib.
Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (18 mart) 17 361 nəfərin yeni koronavirusa yoluxduğunu, 1 135 nəfərin öldüyünü, 5 710 nəfərin sağaldığını təsdiqləyib.