ABŞ Kosmik Qüvvələri ilk peyk buraxılışını həyata keçirib Dünya

ABŞ Kosmik Qüvvələri ilk peyk buraxılışını həyata keçirib

ABŞ ordusunun yeni yaradılan hissəsi, Kosmik Qüvvələr ilk peyk buraxılışını həyata keçirib.
Rabitə peyki texniki nasazlıqla əlaqədar 80 dəqiqə ləngimə ilə buraxılıb.
Nasazlığa baxmayaraq, buraxılışın uğurla keçdiyi deyilir.
Qeyd edək ki, ABŞ Kosmik Qüvvələri prezident Donald Trampın qərarı ilə 2019-cu ilin dekabrında təsis edilib.
ABŞ ordusu üçün 2020-ci ildə nəzərdə tutulan 738 milyard dollarlıq büdcənin 40 milyon dolları Kosmik Qüvvələrə ayrılıb.