Korona Ermənistanı məhv edəcək - Köçəryan Dünya

Korona Ermənistanı məhv edəcək - Köçəryan

Koronavirus və onun iqtisadi nəticələri erməni hakimiyyətinin cəmiyyətə misilsiz nailliyyət kimi göstərməyə cəhd etdiyi hər şeyi məhv etdi. İqtisadiyyatdakı gözləntilər yaxşı heç nə vəd etmir.
Bunu erməni siyasi ekspert Akop Köçəryan deyib. O, Paşinyanın hazırkı durumla bağlı fikrinin reallıqdan uzaq olduğunu və insanların belə nağıllara inamının qalmadığını bildirib:
“Reallıq budur ki, Ermənistan keçən il xarici bazarlara 2,6 milyard dollarlıq mal ixrac edib. Baş nazir deyəndə ki, ixrac beş il ərzində 30 milyarda çatmalıdır, qeyri-ciddi idi. Belə çıxır ki, 5 il ərzində ixrac 12 dəfə artmalıdır. Koronavirus Ermənistana dəhşətli zərbə vuracaq. İl hələ yeni başlayıb, amma belə templərlə ilin sonuna nə olacağını təsəvvür belə etmək olmur”.