
Şimali Koreya iki yaxınmənzilli ballistik raket atıb.
Bu məlumatı “Röyter” yayıb.
Məlumata görə, bu, cari ay ərzində buraxılan 8-ci və 9-cu raket olub. Bu raketlərin 30 kilometr hündürlükdə 230 kilometr uçduqları bildirilib.
Cənubi Koreya Pxenyandan dərhal raket atışlarını dayandırmasını istəyib.