Rusiya separatçılara qırıcılar verməyə hazırlaşır Dünya

Rusiya separatçılara qırıcılar verməyə hazırlaşır

Donetsk aeroportu ətrafına rus qoşunları yerləşdirilir

Donteskdə vəziyyət yenidən gərginləşib. Ukraynalı hərbi ekspert Dmitri Tımçuk bildirib ki, Donetsk aeroportu ətrafına rus qoşunları yerləşdirilir. Onun sözlərinə görə, qızğın döyüşlərin getdiyi aeroport ətrafında çoxlu sayda rus hərbçilərinin toplandığı aydın görünür.
"Sözügedən yaşayış məntəqəsinin ətrafında Hava Hücumundan Müdafiə Sistemi yaradır. Ukrayna sərhədi yaxınlığında yerləşən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus bir neçə döyüş aviasiyasının yerdəyişməsi qeydə alınıb. Bizdə olan məlumata görə, Ukrayna hərbçiləri aeroportdan çıxarılacağı təqdirdə həmin qırıcılar "Novorossiya Hərbi Hava Qüvvələri" adı altında Donetskə yerləşdiriləcək", - deyə Tımçuk bildirib.
Ekspertin sözlərinə görə, rusiyalı mütəxəssislər Donbasda radiolokasiya sahəsi və Hava Hücumundan Müdafiə sistemi yaradırlar.