 
                
                
                
             
                
                
                
             12 May  2020 12:36
12 May  2020 12:36 1 666
1 666
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusa (COVID-19) yeni yoluxanların 80 faizinin yaşı 65-dən aşağıdır.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtda koronavirusa yeni yoluxanların 9 faizi uşaqlardır.
Operativ Qərargahın açıqladığı statistikaya görə, indiyə kimi Moskvada 121 301 yoluxma halı qeydə alınıb.
Yeni yoluxanların 41,3%-i 18-45 yaş, 33,1%- i 46-65 yaş, 10,7% -i 66-79 yaş, 6,1%-i isə 80 yaşdan yuxarı olanlardır.
 
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    