Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclasının tarixi bilinib
Kreml: Sülh Şurasına ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılmasını tələb edəcək
Lahıcla Basqal arasında yerləşən qalada qazıntı aparan dəfinəaxtaranlar məsuliyyətə cəlb edilib
Şöbə müdiri: Şuşada əhali sayının mərhələli şəkildə artacağı gözlənilir
12 May 2020 23:17
2 667
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 53 nəfər ölüb.
Bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 37 351 şübhəli koronavirus testindən keçib, onlardan 1704-nün cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 3894 nəfər ölüb, 141 475 nəfər bu infeksiyaya yoluxub, 98 889 nəfəri isə müalicə olunub. Bu gün 3109 xəstə evə buraxılıb.
F.Qoca qeyd edib ki, intensiv terapiyada olan koronaviruslu xəstə sayı azalmağa davam edir. Ancaq nazir yenə də xəbərdarlıq edib: “Maska, sosial məsafə - koronavirusa qarşı gücümüz budur. Risk isə izdihamlı və qələbəlik yerlərdədir. Məsafəni gözləyək”, - deyə bildirib.