İranda daha 2573 nəfər koronavirusa yoluxub, 119 nəfər ölüb Dünya

İranda daha 2573 nəfər koronavirusa yoluxub, 119 nəfər ölüb

İranda ötən sutka ərzində daha 2 573 nəfər koronavirusa (COVID-19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu günədək bu virusa yoluxanların sayı 207 525 nəfərə çatıb. Virus daşıyıcılarından 2 898 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 119 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 9 742 nəfərə yüksəlib.
Nazirlik rəsmisi bildirib ki, ndiyədək İranda 166 427 nəfər koronavirusdan sağalıb.
Sadat Lari deyib ki, İranın Xuzistan, Hörmüzqan Kirmanşah və Şərqi Azərbaycan vilayətlərində vəziyyət daha təhlükəlidir.
Sadat Lari ötən 24 saat ərzində İranın 8 vilayətində ölüm halının olmadığını və 4 vilayətin hər birində 1 ölüm halının qeydə alındığını deyib.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,44 milyondan çox test həyata keçirilib.