
Ermənistanda koronavirusa yoluxanların sayı 34 981 nəfərə çatıb.
Erməni KİV-lərinin məlumatına görə, son sutka ərzində 104 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 9 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 650 nəfər koronavirusdan ölüb.