“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
19 Avqust 2020 15:21
3 318
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Belarusa yardım göstərilməsinə ehtiyac yoxdur.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“O ki qaldı Kollektiv Təhlükəsizlik Müqaviləsinə, İttifaq Dövləti haqqında Müqaviləyə, orada həqiqətən də tərəflərin qarşılıqlı yardımı ilə bağlı öhdəliyi nəzərdə tutulub. Lakin, siz bilirsiniz ki, hazırda buna ehtiyac yoxdur. Həm də Belarus rəhbərliyi özü belə bir ehtiyacın olmadığını etiraf edib”, - deyə Kremlin sözçüsü vurğulayıb.
D. Peskov KİV-də Belarusla sərhədə Rusiya hərbi texnikasından ibarət karvanın istiqamətləndiyi ilə bağlı məlumatlara da münasibət bildirib: “Rusiya hərbi texnikası Rusiya Federasiyasının bütün ərazisində yerləşir. Ona görə də, burada şərh veriləsi bir şey yoxdur”.
30 Dekabr 2025 18:03
1 953
30 Dekabr 2025 17:54
1 890
30 Dekabr 2025 16:38
1 967