Lukaşenko: Belarusda maksimum 10 "Oreşnik" sistemi yerləşdiriləcək
Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının yeni Fəaliyyət Planının detalları məlum olub
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Vladanka Andreyeva ilə görüşüb
Azərbaycan və Türkiyə üçüncü ölkələrə sərmayə qoyulması sahəsində əməkdaşlıq edəcək
20 Avqust 2020 10:52
2 772
Sentyabr ayından etibarən ölkə xaricindən qayıdanlar koronavirus testi verəcəklər və test nəticəsi neqativ çıxan şəxslər 14 günlük özünütəcrid olunmayacaqlar, işə gedə biləcəklər. Bununla yanaşı onlar insanların toplaşdığı məkanlardan uzaq durmalı, bir həftə sonra isə təkrar test analizi verməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər naziri Urmas Reynsalu özünü sosial şəbəkədəki səhifəsində yazıb.
Nazir bildirib ki, bu metod səyahət etməyə imkan verən, lakin əhalinin sağlamlığını qoruyan etibarlı alternativdir.
“Səfərdən qayıtdıqdan sonra məcburi karantin rejiminə riayət etmədən işə getmək yalnız koronavirus üzrə verilən test analizinin nəticəsi neqativ çıxacağı halda mümkün olacaq. Test analizinin cavabı müəyyənləşənə kimi özünütəcrid rejiminə riayət edərək və digər insanlarla ünsiyyəti məhdudlaşdıraraq evdə qalmaq lazımdır,”- deyə estoniyalı nazir Urmas Reynsalu əlavə edib.