Navalnını zəhərləyiblər Dünya

Navalnını zəhərləyiblər

Sibirdən Berlinə aparılıb

Rusiyalı müxalifyönümlü siyasətçi Aleksey Navalnı zəhərlənmə əlamətləri ilə reanimasiyaya yerləşdirilib/ Bu barədə onun mətbuat katibi bildirib.
Müxalifətçinin göyərtəsində olduğu təyyarə Rusiyanın Omsk şəhərində təcili eniş edib.
Navalnının mətbuat katibi bunun məqsədli zəhərlənmə ola biləcəyini güman edir.
"Navalnı bu gün səhər Tomsk şəhərindən Moskvaya qayıdırdı. Uçuş zamanı onun halı pisləşdi.Təyyarə Omska təcili eniş etdi. Alekseyin toksik zəhərlənməsi olub. İndi biz təcili yardım maşını ilə xəstəxanaya gedirik", - siyasətçinin sözçüsü Kira Yarmış Twitter hesabından bildirib.
Omsk vilayətinin səhiyyə idarəsi Navalnının göyərtəsində olduğu təyyarənin təcili eniş etdiyini təsdiqləyib. Navalnının reanimasiyaya yerləşdirildiyi bildirilir.
Kira Yarmış BBC-yə deyib ki, uçuşdan demək olar ki, dərhal sonra Navalnının halı pisləşib.
"O bu haqda bildirdi və alnını silmək üçün salfet istədi, sonra dedi ki, kənara çəkilməlidir. Təyyarənin quyruq hissəsinə getdi, orada huşunu itirdi," - o, BBC-yə deyib. - "Bələdçilər tibb bacısını tapdılar, o, ilk yardım göstərməyə çaılışdı. Yaxınlıqdakı Omsk şəhərində eniş etmək qərarı aldılar. Təcili yardımı təyyarədən çağırdılar".
TASS agentliyi xəstəxananın baş həkimi Aleksandr Muraxovska istinadən bildirib ki, Navalnının vəziyyəti ağırdır.
"Omsk online" portalı yazıb ki, Navalnı özünə gəlib, amma çətinliklə danışır və hərəkət edir.
Kira Yarmışın sözlərinə görə, Navalnını süni ventilyasiya aparatına qoşublar.
Kira Yarmış deyib ki, "Alexeyi çayına nə isə qataraq zəhərlədiklərini güman edirik. Bu, onun səhərdən içdiyi yeganə şey idi. Həkimlər deyir ki, zəhərli maddə qaynar maye vasitəsilə daha tez sorulub".
Siyasətçinin sözçüsü BBC-yə Navalnının zəhərlənmənin mənbəyi ola biləcək çayı uçuşdan əvvəl hava limanında içdiyini bildirib.
BBC daha sonra yazır ki, tibbi yardım təyyarəsi rusiyalı müxalifətçi Aleksey Navalnını zəhərlənmə ehtimalından sonra Sibirdən Berlinə aparmaq üçün yola çıxıb.
Tibb avadanlıqları və mütəxəssislər də təyyarədədirlər, "Sülh üçün Film" alman sülh fondunun direktoru bildirib.
Aleksey Navalnı cümə axşamı təyyarədə halsızlaşandan sonra komadadır.
Onun komandası hava limanında Navalnının çayına nə isə qatıldığından şübhələnir.
Berlinin Charite xəstəxanası Rusiya Prezidenti Vladimir Putinin tənqidçisini müalicə etməyə hazırdır, "Sülh üçün Film" fondunun direktoru Jaka Bizilj deyib.
Təşkilat Navalnıya cümə günü Rusiyanı tərk etməyə icazə veriləcəyinə ümid edir. Yerli rəsmilər bildirib ki, Moskvadan gələn tibbi mütəxəssislər Omskda toplaşaraq Navalnının Almaniyaya aparılıb-aparıla bilməyəcəyini müəyyən etməyə çalışırlar.
Həm Almaniya, həm də Fransa müalicəyə kömək etməkdən məmnunluğunu bildirib.
Almaniya kansleri Angela Merkel "o, bizdən bütün köməyi və lazım olan tibbi dəstəyi ala bilər" deyib.
Vladimir Putinin sözçüsü söyləyib ki, Kreml ehtiyac olarsa, Navalnının xaricə getməsinə kömək edə bilər və onun "tez sağalmasını" arzulayırlar.