“Orduda qətllər Sarkisyanın əmri ilə törədilir” Dünya

“Orduda qətllər Sarkisyanın əmri ilə törədilir”

Ermənistan ordusunda dinc şəraitdə ölən hərbçilərin valideynləri ölkə prezidentinin iqamətgahı qarşısında növbəti etiraz aksiyası keçiriblər.
"Epress.am" saytının verdiyi məlumata görə, bu dəfə onların şikayətlərini dinləmək üçün heç kəs çıxmayıb. Ölən əsgərlərdən birinin valideyni qeyd edib ki, Serj Sarkisyan qətllərin üstünü açmaq istəsəydi, şikayətçiləri qəbul edib dinləyərdi: "Əgər qəbul etmirsə, deməli, orduda qətllər onun əmri ilə törədilir".