Rusiya ordusu hərəkətə keçidi Dünya
NATO-dan Rusiyaya açıq xəbərdarlıq: "Şimali Atlantika Alyansı və müttəfiqləri Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qoruyacaq"
Ukraynanın müvəqqəti hökuməti: "Rusiya hərbi qüvvələrinin ikitərəfli razılaşmalardan kənara çıxan hərəkəti "birbaşa hərbi təcavüz" kimi qiymətləndiriləcək.
Cavid
Ukraynada davam edən siyasi gərginlik fonunda Rusiyanın müdafiə naziri ölkənin bütün hərbi hissələrində təlimlərə start verib. Ümumi hərbi təlimlər Müdafiə Hazirliyi rəsmilərinin Moskvada görüşündən sonra başlanıb. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, hərbi təlimlər prezident Vladimir Putinin əmri ilə başladılıb.
Şoyqu qeyd edib ki, burada məqsəd, sədəcə, ölkənin hərbi hazırlıq səviyyəsini yoxlamaqdan ibarətdir: "Biz Qərb əyaləti hərbi bölmələrini, Mərkəzi əyalətin ikinci ordusunu, Aerokosmos Müdafiə Qoşunlarının komandanlığını və uzunmənzilli hərbi aviasiya nəqliyyatını hərəkətə gətirmişik".
Nazirliyin mətbuat katibliyindən verilən məlumata görə, hərbi təlimlər 4 gün davam edəcək. Artıq dünəndən bəri Rusiyanın qırıcıları Ukrayna sərhədləri yaxanlığında manevr uçuşlarına başlayıb.
Bu arada isə Krım sahillərinə Rusiyanın Qara dəniz eskadrasının yaxınlaşdığı haqda məlumat yayılıb. Yerli mətbuatın yazdığına görə, hərbi gəmilərdə 11 min nəfər əsgər var. Simferopol rayonunun Qvardeyski qəsəbəsinin aerodromuna isə bir neçə "Tu-154" təyyarəsi enib. Təyyarələrdə hərbçilərin olduğu bildirilir.
Rusiyanın Baltik donanmasına məxsus desant gəmisi də Bosfor boğazını keçərək Qara dənizə istiqamət götürüb. Bunun ardınca "Minsk" adlı ikinci desant gəmisi də eyni istiqamətdə hərəkətə başlayıb. "Minsk" desant gəmisi Rusiya Dəniz Qüvvələrinə məxsus 71-ci briqadaya aiddir. Desant gəmilərinin Krım yarımadasına tərəf üzdüyü deyilir.
"İnterfaks" agentliyi isə xəbər verir ki, Simferopola doğru hərəkət edən Rusiya BTR-lərinin kolonu saxlanılıb və geri qaytarılıb. Zirehli texnikanın üzərində tanınma nişanı yoxdur, lakin onların Rusiya hərbi bazasına aid olduğu bildirilir. Əsgərlər Simferopola doğru irəliləmələrinin səbəbini "planlaşdırılmış təlim"lə izah ediblər, lakin yol polisi postunda saxlanılıblar və geri qayıdıblar.
Krım prokurorluğu isə parlament və hökumət binalarının tutulması ilə bağlı terror maddəsi ilə cinayət işi qaldırıb.
Krımın inzibati mərkəzi Simferopolun müxtəlif hissələrində isə Rusiya ordusunun 50-dən çox BTR-i qeydə alınıb. Bu barədə Krım-Tatar məclisinin rəhbəri Refat Çubarov Facebook səhifəsində yazıb.
Digər məlumata görə, Rusiya BTR-lərinin kalonu Yevpatoriya şossesi ilə şəhərin mərkəzinə doğru hərəkət edib. Həmçinin Simferepoldan bir neçə kilometr məsafədə və Çistenkoe kəndinin yaxınlığında da BTR-lər görünüb.
Krım hökumətinin sədri Anatoli Moqilyev parlament və hökumət binasını tutan silahlı şəxslərlə danışıqlar aparmağa cəhd göstərsə də, silahlıların nümayəndəsi bildirib ki, onlar danışıqlar aparmaq səlahiyyətində deyillər. Həmin silahlı qrup kamuflyajdadır və kimə tabe olduqlarını açıqlamayıblar. Moqilyev onlara əlaqə nömrəsi verərək parlamentin binasını tərk edib.
Dünən günortadan sonra silahlı şəxslər Krım parlamentinin deputatlarını binaya buraxmağa başlayıb. Bundan bir qədər sonra Krım parlamentinin muxtar respublikanın gələcəyilə bağlı qərar çıxardıqları bəlli olub. Krım parlamentinin sədrinin harada olduğu məlum deyil, o, parlament binasını silahlı şəxslərin ələ keçirməsinə münasibət bildirməkdən yayınıb.
Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Ali Radanın iclasında bəyan edib ki, Rusiyanın Qara dəniz donanmasının hərbi qüvvələrinin ikitərəfli razılaşmalardan kənara çıxaraq Simferopolda hərəkəti "birbaşa hərbi təcavüz" kimi qiymətləndiriləcək.
"Mən Qara dəniz donanmasının hərbi rəhbərliyinə müraciət edirəm - bütün hərbçilər ikitərəfli razılaşmalar çərçivəsində nəzərdə tutulan ərazilərdə qalmalıdır. Hərbçilərin bu ərazilərdən kənarda istənilən hərəkəti, xüsusən də silahla, bizim tərəfimizdən hərbi təcavüz kimi qiymətləndiriləcək" - deyə Turçinov bəyan edib.
O bildirib ki, ilk növbədə vətəndaşların təhlükəsizliyi təmin olunmalıdır: "Ukraynalıların təxribata yol verməsinə imkan vermək olmaz. Ancaq dövlət və hökumət binaları belə təxribatçılardan qorunmalıdır. Bu işdə xalqın köməyinə ehtiyac var".
Ukrayna mənbələri xəbər verir ki, Krımdakı Rusiya hərbi bazasının yaxınlığında 7 BTR görünüb, onlar Qara dəniz donanmasının obyektlərini mühafizə adı altında Krıma yeridilib. Hökumət və parlament binasını ələ keçirənlərin isə Rusiya Baş Kəşfiyyat İdarəsinin diversiya qrupunun üzvləri olduğu istisna deyil.
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi "ən böyük dağıdıcı" səhv olardı". Belə bir bəyanatla ABŞ Dövlət katibi Con Kerri Vaşinqtonda bir qrup jurnalistlərlə görüşü zamanı çıxış edib. MSNBC telekanalına müsahibəsində Kerri bəyan edib ki, ABŞ Ukrayna ilə bağlı hər hansı qarşıdurma axtarmır, amma aydın şəkildə bəyan edir ki, bütün ölkələr Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmalıdır: "Rusiya yalnız bunu vəd edib və çox vacibdir ki, o verdiyi sözün üstündə dursun".
Rəsmi Vaşinqton "xarici aktyorlar"ı Ukraynanın siyasi suverenliyinə hörmətlə yanaşmağa və təxribat xarakterli ritorika və hərəkətlərdən çəkinməyə səsləyib.
"Ukraynaya hərbi müdaxilə şayiələri ilə əlaqədar qeyd etmək istərdim ki, Rusiyada başladılan hərbi təlimlər bu ölkə üçün zərərli ola bilər. Bu, Rusiya tərəfindən böyük bir səhv olardı. Ölkədə yeni hökumət formalaşdıqdan sonra rəhbərlik və Avropa Birliyi ilə bu ölkəyə maliyyə dəstəyi göstərmək məsələsini müzakirə edəcəyik" - deyə ABŞ dövlət departamentinin mətbuat katibi Cen Saki bildirib.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Ukrayna və Rusiya arasındakı mövcud münasibətləri şərh edib. Politoloqun sözlərinə görə, Rusiya Ukraynaya nə dövlət, nə də xalq kimi hörmət göstərmir: "Ukrayna xalq kimi ruslarla bir qandır. Necə ki, biz türklərlə eləyik. Lakin Ukrayna özünü müstəqil dövlət kimi tanıyır və müstəqil xalq kimi görür. Rusiya isə onları nə xalq kimi tanımaq istəyir, nə də dövlət kimi. Ruslar iddia edir ki, Ukrayna xalqı rusların bir hissəsidir. Həmçinin, ruslar iddia edir ki, Ukraynaya dövlət kimi də yanaşmaq doğru deyil. İddia edirlər ki, Ukrayna Rusiyanın bir ərazisidir. Ukraynalılar isə təbii ki, bunu eşitməyi sevmirlər. Ukraynalılar bildirir ki, biz xalqıq, biz dövlətik. Ukrayna xalqı bildirir ki, biz Avropaya inteqrasiya edirik. Qərb dəyərlərini özümüzə əsas götürürk. Ukrayna və ruslar arasındakı başlıca problem budur".
"Bu gün Ukraynada legitim hakimiyyət mövcuddur və Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz". Bu açıqlamanı isə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ukrayna nəhəng dövlətdir və orada heç bir xaos mövcud deyil: "Ölkədə hadisələr ötən ilin noyabrında, hakimiyyətin Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaq barədə fikrini qəfil dəyişdikdən sonra baş verib. Təəssüf ki, xalqın istəyi nəzərə alınmadı, əksinə, gücdən istifadə olundu. Ukrayna hər zaman sülhsevər, tolerant xalq olub. Əgər xalq hakimiyyətə hörmət etmirsə, o hakimiyyət mövcud ola bilməz".
Dünən Rusiyanın Ukraynadakı səfiri Andrey Vorabyov bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilib. A.Vorabyova Rusiyanın hərəkətlərindən narazılıq ifadə olunan sənəd təqdim edilib. Görüşdə Ukrayna dövlətinin baş verənlərlə bağlı Rusiya ilə müzakirələr aparmaq təklifi də səfirin diqqətinə çatdırılıb.
NATO da Krım Muxtar Respublikasında baş verənlər və Rusiyanın Ukrayna sərhədində hərbi birləşmələrinin hərəkətə gətirilməsi ilə bağlı bəyanat verib. Bəyanatda bildirilib ki, Şimal Atlantika Alyansı Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir: "Ukrayna ilə NATO arasında imzalanan Xartiyaya əsasən, NATO və müttəfiqləri Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qoruyacaq. Bu prinsiplər Mərkəzi və Şərqi Avropada, o cümlədən bütün bölgədə sülhün və sabitliyin əsas baza prinsipləridir".