6 Noyabr 17:56
6 Noyabr 16:50
20 Noyabr 2020 09:11
3 997
Çərşənbə günü Almaniyanın paytaxtı Berlin şəhərinin mərkəzində koronavirusla bağlı tətbiq edilmiş mövcud karantin rejiminə qarşı keçirilən etiraz aksiyaları zamanı azı 77 polis əməkdaşı yaralanıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Berlin polisinin “Twitter” hesabında məlumat yerləşdirilib.
Bildirilib ki, ümumilikdə karantin rejimi əleyhinə 19 nümayiş keçirilib ki, asayişin qarunmasına 2.5 min hüquq-mühafizə orqanlarının əməkdaşı cəlb edilib. Bu günədək 365 etirazçının saxlanıldığı bildirilib.
Qeyd edək ki, Almaniyada mövcud məhdudlaşdırıcı tədbirlər noyabrın 2-də etibarən qüvvəyə minib. Etirazçıların fikrincə, müvafiq qaydalar insanların əsas hüquq və azadlıqlarını məhdudlaşdırır.
6 Noyabr 22:02
728
6 Noyabr 20:57
861
6 Noyabr 19:50
924