“Diaspor fəaliyyəti ən mühüm məsələlərdən biridir”
21 Sentyabr 18:58
21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
21 Sentyabr 16:57
9 Dekabr 2020 14:03
2 975
8 ay ərzində İranın zəfəran ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 20% artıb.
Bunu Trend-ə açıqlamasında İranın Zəfəran İxracatçıları Birliyinin sədri Qulamrza Miri deyib.
Q.Mirinin sözlərinə görə, bu proses davam etdiyi halda İranın zəfəran ixracı ötən illə müqayisədə 35-40% arta bilər.
O, əlavə edib ki, İranın ixrac etdiyi hər 1 kq zəfəran təxminən 500-550 dollar arasında hesablanır.
Birlik rəsmisi deyib ki, İranın zəfəran ixracının artmasının səbəbi son vaxtlar dünyada bu ədviyyata tələbatın çoxalması ilə əlaqədardır. Bu bitki bəzi ölkələrdə bir sıra xəstəliklərin müalicəsində istifadə olunur.
Q.Miri qeyd edib ki, İran zəfəranı əsasən İspaniya, BƏƏ, Honkonq, Çin və Vyetnama ixrac olunub:
“Avropa ölkələrində İran zəfəranı başqa məhsulların istehsalı üçün emal olunur. Lakin Çində İran zəfəranı emal edilmədən istifadə olunur”.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının zəfəranla bağlı son statistikasına əsasən 3 ay ərzində İran 38,5 milyon dollar dəyərində 37,6 ton zəfəran ixrac edib.
İranda ötən il təxminən 500 ton zəfəran istehsal olunub. Orta hesabla onun 80%-i xaricə satılıb.
21 Sentyabr 21:29
679
21 Sentyabr 17:47
749
21 Sentyabr 17:31
749