Fəxrəddin Qoca: “Türkiyədə 216 səhiyyə işçisi COVID-19-a görə şəhid olub” Dünya

Fəxrəddin Qoca: “Türkiyədə 216 səhiyyə işçisi COVID-19-a görə şəhid olub”

Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyası yayıldıqdan indiyədək 216 səhiyyə işçisi bu infeksiyadan həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində yaradılan Elm Qurumunun toplantısından sonra jurnalistlərin sualların açıqlayarkən bildirib.

Nazir dünyasını dəyişən 216 tibb işçisini şəhid hesab etdiyini bildirib: “Onların hamısı vəzifələrini icra edərkən şəhid oldular”.

F.Qoca COVID-19 infeksiyasına yoluxan səhiyyə işçisinin sayının 1200-ü keçdiyini də qeyd edib.