İranın cənubunda zəlzələ baş verib Dünya

İranın cənubunda zəlzələ baş verib

İranın cənubunda zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Tehran Universitetinin Seysmoloji Mərkəzi Xuzistan vilayətinin Haftkol rayonunda baş verən zəlzələnin 4 bal gücündə olduğunu açıqlayıb.

Zəlzələ Yerin 14 km dərinliyində və Haftkoldan 10 km, Ramhormozdan 28 km və MeyDavuddan 29 km məsafədə qeydə alınıb.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.