ATƏT-dən Putinə çağırış Dünya

ATƏT-dən Putinə çağırış

"Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə riayət olunmalıdır"

Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə riayət olunmalıdır. APA-nın məlumatına görə, belə bir bəyanat dünən Vyanada ATƏT-in Daimi Şurasının iclasında səslənib.
ATƏT-ə sədrlik edən İsveçrənin nümayəndəsi bəyan edib ki, ATƏT-in hazırkı sədri, İsveçrə XİN rəhbəri Didye Burkhalter məsələni diqqətdə saxlayır. Onun sözlərinə görə, D.Burkhalter artıq BMT baş katibi Pan Gi Mun və Ukrayna XİN rəhbərinin səlahiyyətlərini icra edən Andrey Deşitsa ilə yaranmış durumu müzakirə edib. İsveçrə XİN rəhbəri həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovla danışacaq.
"Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə riayət olunmalıdır. ATƏT-in fəaliyyətdə olan sədri Ukrayna üzrə təmas qrupunun yaradılması təşəbbüsünü dəstəkləməkdə davam edir", - deyə İsveçrə nümayəndəsi bildirib.