İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
10 Mart 2021 10:08
3 150
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan martın 10-dan öz vəzifəsindən azad edilmiş sayılır.
APA-nın “Sputnik”ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan hökumətinin saytında yayımlanan bəyanatında deyilir.
Bəyanatda qeyd edilib ki, Ermənistan Prezidenti bu məsələ ilə əlaqədar Baş nazir tərəfindən təqdim olunan fərman layihəsini imzalamadığı və qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etmədiyi üçün O. Qasparyan 10 mart tarixindən etibarən vəzifəsindən azad edilmiş sayılır.
Xatırladaq ki, Ermənistanda daxili siyasi böhran fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra daha da pisləşib. N. Paşinyan bunu çevriliş cəhdi kimi qiymətləndirib və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb. Lakin Ermənistan Prezidenti Armen Sarkisyan bu sənədi imzalamayıb və Baş nazirlik aparatına geri qaytarıb.
N. Paşinyan sənədi təkrar Ermənistan prezidentinə göndərib, eyni zamanda Ermənistan Konstitusiya Məhkəməsinə müraciət edib. Ermənistan Prezidenti Baş Qərargah rəisinin azad olunmasına dair sənədlə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyib, bildirib ki, bu, hüquqi prosedur kimi baş nazirin səlahiyyətindədir.
25 Mart 17:59
1 323
25 Mart 17:45
1 309
25 Mart 17:30
1 295